Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda qarşılaşacağı Latviya ilə matça azarkeşlərin buraxılması ilə bağlı qərarını dəyişib.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, TFF koronavirusla bağlı son statistikadan sonra stadiona məhdud sayda azarkeşlərin buraxılması məsələsini yenidən dəyərləndirib. Yeni tədbirlərin alınmalı olduğu bir dönəmdə risk artırmamaq üçün Latviya ilə görüşdə stadiona azarkeşlərin buraxılmamasına qərar verilib.
Qeyd edək ki, federasiyanın dünən yayımladığı açıqlamada görüşün keçiriləcəyi Atatürk Olimpiya Stadionunun tutumunun 15 faizi qədər azarkeşin oyunu canlı izləməsinə icazə veriləcəyi bildirilmişdi.
Xatıladaq ki, martın 30-da keçiriləcək Türkiyə - Latviya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.