Türkiyə millisində 3 yeni futbolçu

11:47 30 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda bu gün Latviyanı qəbul edəcək Türkiyə millisinin heyətində dəyişiklik olub.

 

Sportarena.az xəbər verir ki,  Dorukhan Toköz, Cenk Tosun, Kaan Ayhan və Emre Kılınç heyətdən çıxarılıb. Əvəzində yığmaya "Göztepe"dən Alpaslan Öztürk, "Altınordu"dan Enis Destan və "Antalyaspor"dan Bünyamin Balcı dəvət edilib. Məlumatı yığmanın baş məşqçisi Şenol Günəş oyun öncəsi keçirilən mətbuat konfransında təsdiqləyib.

 

Qeyd edək ki, Türkiyə - Latviya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti