Ronaldonun kapitanlığı əlindən alınır?

Sportarena.az      30 Mart 2021 , 15:25

Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda hakimin səhv qərarına etiraz olaraq kapitanlıq sarğısını yerə atan Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.
 

Sportarena.az xəbər verir ki, “Publico” nəşrinə danışan Santos, Ronaldonun yığmanın kapitanı olmağa davam edəcəyini bildirib:
 

“Bəli, Ronaldo kapitanımız olaraq qalır. Hər kəs Ronaldonun portuqallar üçün bir necə önəmli biri olduğunu bilir. O, millinin məşqçilərini, federasiyanı, komanda yoldaşlarını incitmiş olsaydı, nəsə düşünmək olardı. Ronaldo bunların heç birini etməyib. Həmin an çox məyus olmuşdu və bu, hər kəsin başına gələ bilər. Ronaldo həm meydanda, həm də meydandan kənarda bizim üçün çox önəmlidir”.
 

Ronaldonun Serbiya ilə matçın son dəqiqəsində vurduğu zərbə qapı xəttini keçsə də, qol olaraq qeydə alınmamışdı. 36 yaşlı hücumçu bu qərara etiraz olaraq kapitanlıq sarğısını yerə atmışdı. Serbiya – Portuqaliya matçı 2:2 hesabıyla bitib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin