Canni de Byazi: Fərqli nəticə arzu edirdik

00:39 31 Mart 2021

Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə qrup mərhələsində Serbiyaya məğlubiyyəti şərh edib.

 

Sportarena.az xəbər verir ki, italiyalı çalışdırıcı komandamızın 1:2 hesabı ilə uduzmasını güclü rəqibə qarşı oynamağımızla əlaqələndirib. 

 

Bakı Olimpiya Stadionunda keçirilən qarşılşamada Premyer Liqamızın ən məhsuldar futbolçusu Namiq Ələsgərovun iştirak ərizəsinə salınmamağıma aydınlıq gətirən Byazi bildirib ki, Azərbaycanda bombardir olmaqla, beynəlxalq səviyyədə oynamaq fərqlidi: “Mahiri isə ikinci hissədə meydana buraxdım. Amma çox təəssüf ki, zədələndi və planlarımız pozuldu”

 

O, qeyd edib ki, komandanın çıxışından razı qalıb: "Təbii, nəticəyə görə narahatam. Fərqli nəticə arzu edirdik. Mitroviç 3 oyunda 5 qol vurub. 4 qol epizodumuz oldu. Təəssüf ki, yararlana bilmədik. Fərq də bundadı. Futbolçulara oyundan sonra təşəkkürümü bildirdim. Komandamdan razı qaldım. Əminəm ki, bizdə hər şey alınacaq. Bəzən səhvlər bizə baha başa gəlir".

 

- Reallıq budur ki, seçmə mərhələnin ilk iki oyununda xal qazana bilmədik. Yaxın gələcək üçün azarkeşlərə ümidverici nəsə deyə bilərsiniz?
- Kim oyunlarımıza baxsa, görər ki, pozitiv hallar çoxdur. Güclü rəqiblərlə oynadıq. Bu gün son 10 dəqiqədə uduzduq.

 

- Sizdən əvvəlki baş məşqçi Emin Mahmudovu dəvət etmirdi və bildirirdi ki, sisteminə uyğun deyil. Sizin Namiq Ələsgərovla bağlı narazılığınız nədir?
- Bütün oyunçuların klubdakı çıxışına da, məşqlərinə də baxıram. Deyə bilmərəm ki, Namiqi kənara atmışam. Onunla bağlı böyük ümidlərim var. Sadəcə, bu gün fiziki cəhətdən güclü rəqiblə oynayırdıq. Bu görüş ona görə deyildi. Ümid edirəm ki, gələcək matçlarda bizə köməyi dəyəcək.

 

- Anatoli Nuriyevin meydandan çıxarkən sizə nə deyirdi?
- Özü əvəzlənmək istədi. Hətta dedi ki, Azər Salahlı da əvəzlənmək istəyir. Nuriyev komanda oyunçusudur.

 

- İstədiyiniz komandanı formalaşdırmaq və final mərhələsinə daşımaq üçün nə qədər vaxt lazımdır?
- Albaniya ilə Avropa çempionatına çıxmaq üçün 4 il vaxt lazım oldu. İlk iki ildə komandanı qurduq. Sonra Serbiya, Danimarka və Ermənistanı geridə qoyaraq Avropa çempionatına yollandıq.

 

- Dörd ildən sonra milli üzvləri rəqibdən utanmadan meydana çıxıb mübarizə apara biləcəklər?
- Bu gün yaxşı oynadığımızı fikirləşirəm. Güclü komandaya qarşı fiziki cəhətdən yaxşı mübarizə apardıq. Düz yoldayıq. Bilirəm ki, asan deyil. Asan iş də xoşuma gəlmir. Görürəm ki, uşaqlar da yavaş-yavaş məni başa düşürlər. Fiziki durumumuz da yaxşı olacaq. Altı gün əvvəl Portuqaliya ilə oynadıq. Bu gün ikinci hissədə bəzi oyunçuların gücü çatmırdı.

 

- Bu oyun fəlsəfəsinə bundan sonra da sadiq qalacaqsınız? Bundan əvvəlki seçmə mərhələdə 5 xal topladıq. Bu dəfə maksimum hədəfiniz nədir?
- Yaxşı sualdır, hətta gülmək istəyirəm. Dünən uşaqlarla bu barədə danışdım. Dedim ki, reytinq baxımından qrupda 5-ciyik. Burada qalmaq istəyirik? Əgər dəyişmək istəyiriksə, heç nədən qorxmamalıyıq, sona kimi mübarizə aparmalıyıq. Bundan irəliləyiş var. Bu gün ilk hissədə ev tapşırığından qol vura bilərdik. Fikirləşirəm ki, bu fəlsəfə ilə davam edəcəyik. Belə güclü rəqiblərə qarşı olmayacaq. Onların oyunçularının çoxu Avropanın aparıcı klublarında çıxış edir. Bizdə təkcə Nuriyevdir, o da Ukraynanın 13-cü komandasındadır.

 

- Fərid Nəbiyev adlı futbolçudan xəbərdarsınız?
- Bəli, tanıyıram. Çexiyanın ikinci liqasında oynayır. Amma indi milliyə çağırdığımız oyunçular ondan daha hazırdır.

 

- Qeyd etdiniz ki, cəmi 1 legionerimiz var. Eddi İsrafilov, Dmitri Nazarov kimi oyunçuların üstündən birdəfəlik xətt çəkildi?
- Hazırda daha çox bizim çempionatda olanları çağırırıq. Çünki onlarla işləmək daha asan olar. Gənc komandayıq, formalaşırıq. Çalışırıq ən doğru yolda gedək. Son illər millidə nəticələr yaxşı deyil. Bu tendensiyanı dəyişməyə çalışacağıq.

 

- Aleksey İsayev debüt oyunundan sonra erməni şəxsin paylaşımına “qardaşım” yazıb. İctimaiyyətin fikrini nəzərə alıb, onu bird aha dəvət etməyəcəksiniz?
- O özü də başa düşür ki, çox böyük səhv edir. Ona görə də sildi. İsayevi buna görə öldürməyə dəyməz. Əsas odur ki, səhvini başa düşdü.

 

- Albaniyalı futbolçularda hansı müsbət xüsusiyyət var idi ki, bizimkilərdə yoxdur?
- Bəzi səbəblərdən 90-cı illərdə çoxlu albaniyalı Avropaya köçmüşdü. Mən yeni gələndə vəziyyət yaxşı deyildi. Azarkeşlər də heç arzulamırdılar ki, Avropa çempionatına çıxaq. Amma bizdə bu alındı.


Digər xəbərlər

Xəbər xətti