"Səviyyə fərqi hiss olunurdu" - Maksim Medvedev

00:53 31 Mart 2021

"Oyun barədə çox danışmaq alınmayacaq. Çünki görüşü analiz etmək lazımdır".

 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Maksim Medvedev evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə matçından sonra deyib.

 

32 yaşlı müdafiəçi çoxlu səhvlər buraxdıqlarını və nəticədə rəqibin 2 qol vurduğunu bildirib: "Rəqib futbolçular topla rahat davranır, hücumlar qururdular. Bizdə isə alınmırdı. Onları yaxşı bağlamağa çalışırdıq. Amma səviyyə fərqi hiss olunurdu. Çox tez oynayırdılar, biz isə yorulurduq. Hardasa çatdırmırdıq, nəticədə qol görürdük. Baş məşqçi ilə oyunu analiz etməliyik".

 

Medvedevin sözlərinə görə, eyni səhvləri təkrarlamaq olmaz: "Bütün rəqiblərimiz analoji futbolu sərgiləyir, yenə qol vura bilərlər. Oyun barədə baş məşqçi ilə söhbətimiz olacaq. Canni De Byazi hər bir futbolçuya özəl tapşırıqlar verir. O, futbolçularla danışanda səhvlərini deyəcək". Report 


Digər xəbərlər

Xəbər xətti