DÇ-2022: Almaniya doğma meydanda uduzdu,İspaniya və İtaliyadan qələbə - YENİLƏNİB

02:22 1 Aprel 2021

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, B, C, D, F, I və J qrupları üzrə daha 15 qarşılaşma baş tutub.B qrupunda yer alan İspaniya yığması Kosovonu sınağa çəkib və inamlı qələbə qazanıb. Gürcüstan millisi səfərdə Yunanıstanla heç-heçəyə nail olub.

 

İktisiz irəliləyən İtaliya yığması bu dəfə səfərdə Litva üzərində inamlı qələbəyə sevinib. Şimali İrlandiya isə Bolqarıstanla heç-heçəyə razılaşıb.D qrupunda Fransa yığması Bosniya və Herseqovinanın qonağı olub və minimal hesabla qalib gəlib. Ukrayna isə Qazaxıstanla oyundan 1 xalla ayrılıb.

 

F qrupunda Avstriya Danimarkanı, Moldova İsraili, Şotlandiya Farer adalarını qəbul edib. Şotlandlar evdə, İsraillə Danimarka isə səfərdə darmadağına sevinib.İlk iki oyunundan qalib ayrılan İngiltərə yığmasını bu dəfə Polşa ilə ev oyununda 3 xal qazanıb. Qrupun digər oyunlarına gəlincə, Andorra Macarıstanla, San Marino Albaniya ilə qarşılaşıb. Hər iki oyunda autsayderlər doğma meydanda məğlubiyyətə üzülüblər.

 

J qrupunda Almaniya yığması Şimali Makedoniyanı sınağa çəkib və gözlənilməz məğlubiyyətlə üzləşib. Ermənistan bu tur Rumıniyanı məğlub edibsə, Lixtenşteyn İslandiyaya uduzub.

 

 

DÇ-2022-nin seçmə mərhələsi
 

B qrupu

İspaniya – Kosovo 3:1
Qol: Olmo, 34. Torres, 36. Moreno, 75 – Halimi, 70.

Yunanıstan – Gürcüstan 1:1
Qol: Kakabadze, 76-öz qapısına – Kvaratsxeliya, 78.

İspaniya – 7, İsveç – 6, Yunanıstan – 2, Gürcüstan – 1, Kosovo – 0.

 

C qrupu

Litva – İtaliya 0:2
Qol: Sensi, 47. İmmobile, 90+4-pen.

Şimali İrlandiya – Bolqarıstan 0:0

İtaliya – 9, İsveçrə – 6, Bolqarıstan – 1, Şimali İrlandiya – 1, Litva – 0.

 

D qrupu

Bosniya və Herseqovina – Fransa 0:1
Qol: Qrizmann, 60.

Ukrayna – Qazaxıstan 1:1
Qol: Yaremçuk, 20 – Mujikov, 59.

Fransa – 7, Ukrayna – 3, Finlandiya – 2, Bosniya və Herseqovina – 1, Qazaxıstan – 1

 

F qrupu

Avstriya – Danimarka 0:4
Qol: Olsen, 58; 74. Mehle, 63. Hoybyerq, 67.

Moldova – İsrail 1:4
Qol: Karp, 29 – Zahavi, 45+2. Solomon, 57. Dabbur, 64. Natxo, 66.

Şotlandiya – Farer adaları 4:0
Qol: Makqinn, 7; 53. Adams, 60. Freyzer, 70.

Danimarka – 9, Şotlandiya – 5, Avstriya – 4, İsrail – 4, Farer adaları – 1, Moldova – 1.

 

İ qrupu

Andorra – Macarıstan 1:4
Qol: Puyol, 90+2-pen – Fiola, 45+2. Qazdaq, 51. Kleynhaysler, 58. Neqo, 90.

İngiltərə – Polşa 2:1
Qol: Keyn, 19-pen. Maquayr, 85 – Moder, 58.

San Marino – Albaniya 0:2
Qol: Manaj, 63. Uzuni, 85.

İngiltərə – 9, Macarıstan – 7, Albaniya – 6, Polşa – 4, Andorra – 0, San Marino – 0

 

J qrupu

Ermənistan – Rumıniya 3:2
Qol: Spertsyan, 56. Haroyan, 87. Barseqyan, 89 – Çikaldau, 62; 72.

Almaniya – Şimali Makedoniya 1:2
Qol: İ.Gündoğan, 83-pen – Pandev, 45+2. Elmas, 85.

Lixtenşteyn – İslandiya 1:4
Qol: Frik, 79 – Saevarsson, 12. Byarnason, 45+1. Pallson, 77. Siquryonsson, 90+2-pen.

Ermənistan – 9, Almaniya – 6, Şimali Makedoniya – 6, Rumıniya – 3, İslandiya – 3, Lixtenşteyn – 0. 


Digər xəbərlər

Xəbər xətti