Azərbaycan millisinin və "Qarabağ"ın zədəli futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb. Ötən gün DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə görüşdə (1:2) zədələnən 23 yaşlı hücumçu bu gün tibbi müayinədən keçib. Nəticədə onun sağ bud əzələsində 2-ci dərəcəli yırtılma aşkarlanıb. Beləliklə, oyunçunun 3 həftə yaşıl meydanlardan uzaqda qalacağı dəqiqləşib.