Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE reytinqində mövqeyini qoruyub

10:04 1 Aprel 2021

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. İlk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, Teymur Rəcəbov isə 2 765 xalla 10-cu pillədəki mövqeyini qoruyub.

 

3 pillə irəliləyən Nicat Abbasov 2665 xalla 72-ci yerdədir. 1 pillə geriləyən Qədir Hüseynov eyni xalla 73-cüdür. Onlardan 11 xal az toplayan Rauf Məmmədov 90-cı yerdədir. Yığmamızdan ayrılmasına baxmayaraq, hələ də Azərbaycan təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2649 xalla 1 pillə yüksələrək 95-cidır. 

 

Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə irəliləyərək 2443 xalla 28-cidir. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 78-ci sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.

 

Qeyd edək ki, siyahıda ilk "üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.


Digər xəbərlər

Xəbər xətti