Türkiyənin “Qalatasaray” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə oyunçuların birindən milli komandanın düşərgəsində götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.
Yığmanın oyunları ilə əlaqədar fasilədən sonra klub üzvləri yenidən testdən keçib. Bu zaman komandanın daha bir futbolçusunda infeksiya aşkarlanıb.
Adları açıqlanmayan futbolçuların karantinə alındıqları bildirilib.