Şahruddin Məhəmmədəliyev yenə fərqləndi

11:50 1 Aprel 2021

DÇ-2022-nin Avropa zonasının seçmə mərhələsinin 3-cü turunun ilk günündən sonra statistik göstəricilər açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisindən yalnız Şahruddin Məhəmmədəliyev qitənin ən yaxşıları sırasına düşüb. O, ən çox qurtarış edən qapıçılar sırasında yenidən birinci yerə yüksəlib. 26 yaşlı qolkiper Serbiya ilə qarşılaşmada (1:2) aktivinə daha 5 seyv yazıb. Ümumilikdə 14 dəfə qapısını toxunulmaz saxlayan Şahruddin bununla da qurtarış sayını 19-a çatdırıb.


Aktivində 18 qurtarış olan Deyl Koleinq (Cəbəllütariq) ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti