UEFA İcraiyyə Komitəsi Avro-2020 matçlarında və Millətlər Liqasının final mərhələsində beş əvəzetmə qaydasının tətbiq edilməsinə qərar verib.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Bu qayda əvvəlcə koronavirus pandemiyasının yayılması ilə əlaqədar bir çox turnirdə tətbiq edilmişdi.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.