İspaniya – Kosovo matçında qalmaqal

13:23 1 Aprel 2021

DÇ-2022-nin seçmə mərhələsində keçirilən İspaniya – Kosovo oyunundan əvvəl qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan əvvəl İspaniya Futbol Federasiyası və matçı rəsmi yayım hüququna sahib kanal Kosovonun adını “kos” kimi qeyd edib. Buna səbəb isə İspaniyanın Kosovonu dövlət kimi tanımamasıdır. 

 

Üstəlik, qarşılaşmadan əvvəl kosovoluların baş məşqçisi Bernard Çalendesin mətbuat konfrasından ispan jurnalistlər “Kosovo” adını çəkməyib. Onlar bütün sualları “rəqib komanda” müraciəti edərək veriblər. 

 

Nəticədə konfransda iştirak edən Kosovo Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri “hansı komanda, ad çəkin” deyə irad bildirib. Qarşılaşmadan sonra da bu məsələ ətrafında gərginlik yaşanıb. 


Digər xəbərlər

Xəbər xətti