Yığmamızın son iki oyun üçün heyəti açıqlandı

13:38 1 Aprel 2021

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi 2 matç üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Aprelin 8-də səfərdə Slovakiya ilə, aprelin 14-də isə Bakıda Yunanıstanla qarşılaşacaq yığmanın heyətinə 16 oyunçu daxil edilib:

 

1. Rövşən Hüseynli,  4. Xətai Bağırov, 5. Rizvan Fərzəliyev, 6. Fineo de Araujo, 7. Hadi Ahmadi, 8. Amie Şojaei, 9. Ramiz Çovdarov, 13. İsa Atayev (hamısı "Araz-Naxçıvan"), 2. Emin Kürdov, 10. Tofiq Mikayılov, 11. Samir Həmzəyev (hamısı EKOL), 3. Cavad Məmmədov,  12. Oktay Rüstəmli (hər ikisi "Neftçi İK"),  14. Tiaqo Teles Martins ("FC Salines Tuzla", Bosniya və Herseqovina), 15. Eduardo Borqes (ACCSS FUTSAL, Fransa), 16. Everton Kardoso ("Levante", İspaniya) 


Xəbər xətti