DYP “Azerreyl”i cərimələdi

09:02 2 Aprel 2021

Dövlət Yol Polisi (DYP) "Azerreyl Voleybol Klubu" MMC barədə inzibati protokol tərtib edib.

 

Sportarena.az xəbər verir ki, buna klubun DYP-nin sorğusunu vaxtında cavablandırmaması səbəb olub.

 

İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən, tərtib edilən protokol Səbail Rayon Məhkəməsinə göndərilib (report).

 

Bu inzibati xətaya görə, 300 manat cərimə nəzərdə tutulub. İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. 


Digər xəbərlər

Xəbər xətti