Kərim Benzema İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu seçilib

10:54 3 Aprel 2021

La Liqada mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema ötən ayın ən yaxşı seçilib. O, səsvermədə  Lionel Messi ("Barselona"), Yan Oblak ("Atletiko"), Yussef En-Nesiri ("Sevilya"), Daniel Vassa ("Valensiya"), Borja İqlesias ("Betis") və Jerar Morenonu ( "Vilyarreal") qabaqlayıb.

 

Qeyd edək ki, 33 yaşlı oyunçu La Liqada ötən ay 3 oyunda 5 qol vurub.


Xəbər xətti