Premyer Liqada martın ən yaxşı futbolçusu və məşqçisi açıqlandı

16:14 3 Aprel 2021

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu və məşqçisi məlum olub.

 

Sportarena.az xəbər verir ki, “Lester Siti”nin hücumçusu Keleçi İheanaço ötən ayın ən yaxşı futbolçusu seçilib. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Nigeriyalı hücumçu Premyer Liqada ötən ay iştirak etdiyi 3 oyunda 5 qol vurub. “Lester Siti” çempionatda 3-cü sıradadır.

 

Ötən ayın ən yaxşı məşqçisi isə “Çelsi”nin baş məşqçisi Tomas Tuxel seçilib. London klubu martda bu mütəxəsssin rəhbərliyi altında 3 oyuna çıxıb və 2 qələbə, 1 heç-heçəyə imza atıb. 


Digər xəbərlər

Xəbər xətti