Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, turun açılış matçında turnir cədvəlinin son sıralarında yer alan “Kayserispor” doğma meydanda “Göztəpə”ni qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Rizəspor” – “Fatih Karagümrük” və “Sivasspor” – “Trabzonspor” oyunlarında ümumiyyətlə qapılara qol vurulmayıb.
Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” bu turda çətin “Hatayspor” səfərinə yollanıb. İstanbul nəhəngi bu görüşdə darmadağına üzülüb.
Türkiyə Super Liqası
32-ci tur
Kayserispor – Göztəpə 1:1
Qol: İ.Parlak, 26 – Yahoviç, 48.
Rizəspor – Fatih Karagümrük 0:0
Sivasspor – Trabzonspor 0:0
Hatayspor – Qalatasaray 3:0
Qol: Diuf, 21; 72. Ribeyro, 29.