Türkiyə millisinin və “Lester"in futbolçusu Çağlar Söyüncü koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Brendan Rocers bildirib. O, 24 yaşlı müdafiəçidən götürülən test nümunəsinin cavabının müsbət olduğunu deyib. Bununla da Türkiyə millisinin tərkibindəki yoluxma sayı 15-ə çatıb. Onlardan 12-si futbolçu, 3-ü isə məşqçilər heyətinin üzvüdür. Çağlar yığmanın DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunların hər birində iştirak edib və 90 dəqiqə meydanda olub.
Əlavə edək ki, Türkiyə millisinin daha əvvəl koronavirusa yoluxmuş futbolçuları arasında İrfan Can Kahveci, Nazım Sangare, Merih Demiral, Zeki Çelik, Emre Kılınç, Cenk Tosun, Kaan Ayhan, Kenan Karaman,Dorukhan Toköz, Taylan Antalyalı və Yusuf Yazıcı var.
Qeyd edək ki, Çağlar Söyüncü bu mövsüm Premyer Liqada 16 oyuna çıxıb.