Sənan Qurbanov: "Futbolçuların meydanda can qoyduqlarını rəhbərlik də görür"

00:26 5 Aprel 2021

“Çalışdıq ki, fasilədən yaxşı istifadə edək. Milli üzvləri bizdən kənarda olsa da, fikrimiz bugünkü oyuna bağlı idi”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Qarabağ"la keçirilən görüşdə sonra mətbuat konfransında deyib.

 

O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: “Qarabağ” topa nəzarət edir, rəqibə psixoloji təsir edir. Oyundan qopmadılar. Mübarizə apardılar. İstəyərdik qalib gələk. Təəssüf ki, sonda qapımızda qol gördük. Oyunçularda qələbəyə inamı hiss edirdim. Kamaranın zədələnərək əvəzlənməsi planları pozdu. O, millidən də yorğun dönmüşdü. Həmişə pressinq etməyə çalışırdıq. Amma “Qarabağ”a qarşı sıx oynamağa üstünlük verdik. Qol imkanlarımız oldu. Taktikanı rəqibə görə seçmişdik. Hücumda oynamaq istəsək də, rəqibə görə düzgün oynamağa üstünlük veririk.
 

Son dəqiqələrdə buraxılan qol həmişə məyusluq gətirir. Lakin futbolçulara təşəkkür etdim ki, oyundan qopmadılar. Biz psixoloji cəhətdən güclü olmalıyıq. Qarşıda 7 tur və kubok oyunları var. Futbolçuların meydanda can qoyduqlarını rəhbərlik də görür. Daim yanımızdadırlar. Tək kuboka köklənməmişik”. 


Digər xəbərlər

Xəbər xətti