Azərbaycanın ağır atleti Boyanka Kostova Avropa çempionu oldu

08:30 6 Aprel 2021

Rusiyanın paytaxtı Moskvada ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı start götürüb.

 

Sportarena.az xəbər verir ki, 40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak edəcəyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar.

 

Onlardan ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 95 kq nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

 

Toplam 211 kq (95 + 116) nəticə göstərən Boyanka Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti