Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Ali Koç koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, klub rəsmisinin koronavirus testinin müsbət çıxdığı bildirilib.
Koçun səhhəti yaxşıdır və onun müalicəsi evində aparılır.