Futzal millimizin Slovakiya ilə oyun üçün heyəti açıqlandı - SİYAHI

Sportarena.az      6 Aprel 2021 , 13:38

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levitse şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.

 

Sportaena.az xəbər verir ki, Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq. Levitse şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var.

 

Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.

 

Qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
 

 

1 Rövşən Hüseynli  - Araz-Naxçıvan

2 Emin Kürdov - EKOL

3 Cavad Məmmədov - Neftçi İK

4 Xətai Bağırov - Araz-Naxçıvan

5 Rizvan Fərzəliyev - Araz-Naxçıvan

6 Fineo De Araujo - Araz-Naxçıvan

7 İsa Atayev - Araz-Naxçıvan

8 Amir Şojaei - Araz-Naxçıvan

9 Ramiz Çovdarov - Araz-Naxçıvan

10 Tofiq Mikayılov - EKOL

11 Eduardo Borges - ACCSS FUTSAL (Fransa)

12 Everton Kardoso - Levante (İspaniya).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin