“Barselona”nın futbolçusu əməliyyat olundu

Sportarena.az      6 Aprel 2021 , 18:09

İspaniyanın “Barselona” klubunun zədəli futbolçusu Filippe Koutinyo növbəti dəfə əməliyyat olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı yarımmüdafiəçi Braziliyada klubun həkimi Rodriqo Lasmarın nəzarəti altında uğurla əməliyyat olunub. Koutinyonun bərpa müddəti açıqlanmır. Amma onun zədə səbəbindən mövsümün qalan hissəsini buraxması istisna edilmir.

 

Braziliyalı yarımmüdafiəçi bu mövsüm “Barselona”nın heyətində cəmi 14 oyuna çıxıb və 3 qola imza atıb.   

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin