AÇ-2020-nin Romada keçiriləcək matçlarına azarkeşlər buraxılacaq

11:20 7 Aprel 2021

İtaliya Futbol Federasiyası AÇ-2020 çərçivəsində Romada keçiriləcək oyunlara izləyicilərin buraxılacağı barədə qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, bunu federasiya rəhbəri Qabriel Qravina bildirib. Onun sözlərinə görə, ölkənin Səhiyyə Naziriliyinin rəyi əsasında hökumət matçlara tamaşaçıların buraxılmasına icazə verib.Qeyd edək ki, AVRO-2020 çərçivəsində İtaliya ilə Türkiyə yığmaları arasında keçiriləcək qarşılaşma iyunun 11-nə təsadüf edəcək və turnirin açılış oyunu olacaq.

 

Bununla yanaşı, Roma Olimpiya Stadionu A qrupunun iki oyunu və 1/4 final matçı olmaqla, daha üç qarşılaşmaya ev sahibliyi edəcək. 


Digər xəbərlər

Xəbər xətti