Türkiyə çempionatı: “Trabzonspor” doğma meydanda xal itirdi

11:55 7 Aprel 2021

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.“Göztəpə” doğma meydanda “Rizəspor” üzərində inamlı qələbəyə sevinib. “Fatih Karagümrük” isə “Hatayspor”u minimal hesabla məğlub edib.

 

“Trabzonspor”un bu turdakı rəqibi autsayderlər sırasında yer alan “Kayserispor” olub. Trabzonlular bu görüşdə xal itkisi ilə üzləşiblər.

 

Türkiyə Super Liqası

33-cü tur

 

Göztəpə – Rizəspor 2:0

Qol: H.Akbunar, 56. Ndiaye, 78.

 

Fatih Karagümrük – Hatayspor 1:0

Qol: Sobiex, 70.

 

Trabzonspor – Kayserispor 1:1

Qol: Bakasetas, 29 – M.Çelik, 6. 


Digər xəbərlər

Xəbər xətti