Dino Ndlovu: "Əgər "Qarabağ" məni qaytarmaq istəyirsə, haradan tapacaqlarını bilirlər"

14:31 8 Aprel 2021

“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu onunla bağlı komandanın baş məşqçisi Qurban Qurbanovun açıqlamasına münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Q.Qurbanovun Cənubi afrikalı hücumçu ilə bağlı bildirib ki, onun komandaya qayıtması məsələsi gündəlikdə deyil.

 

Hazırda Çinin “Çjetsyan Qrintaun” klubunda oynayan Ndlovu bu məsələ ilə bağlı azerisport.com saytına açıqlamasında deyib: “Əgər Qurban Qurbanov danışıqlarda ciddi heç nə olmadığını deyibsə, deməli, elədir. Mən artıq bildirmişəm ki, “Qarabağ”ı sevirəm, mənim üçün yad komanda deyil. Yayda təklif olsa, “Qarabağ”a qayıdarammı? Bu haqda da danışmışam. Əgər onlar məni qaytarmaq istəyirlərsə, məni harada tapacaqlarını bilirlər”.


Digər xəbərlər

Xəbər xətti