İngiltərə çempionatı: "Arsenal" öz meydanında uduzdu

10:25 24 Aprel 2021

Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Arsenal” doğma meydanda “Everton”u qəbul edib. “Topçular” bu görüşdə minimal hesabla məğlub olublar.

 

Qeyd edək ki, bu turun “Fulhem” – “Tottenhem” və “Mançester Siti” – “Sauthempton” matçları daha əvvəl keçirilib.

 

 

İngiltərə Premyer Liqası

33-cü tur

 

Arsenal – Everton 0:1

Qol: Leno, 76-öz qapısına.


Digər xəbərlər

Xəbər xətti