"Traktor" Asiya Çempionlar Liqasında ilk qələbəsini qazandı

12:00 24 Aprel 2021

"Traktor" Asiya Çempionlar Liqasında növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi B qrupunun 4-cü turunda evdə İraqın "Əl-Kuva" klubu ilə qarşılaşıb. Matç Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 2-ci dəqiqədə Mehdi Tikdari vurub.

 

"Traktor" bundan əvvəlki üç matçında heç-heçə oynamışdı. Bu nəticədən sonra "Traktor" 6 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə" klubu isə 8 xalla liderdir.


Digər xəbərlər

Xəbər xətti