Nəbiyevli “Viktoriya” səfərdən 1 xalla döndü

12:44 24 Aprel 2021

Futbol üzrə Çexiya 2-ci divizionunda 20-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Lisen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

 

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

20 turdan sonra 27 xala malik “Viktoriya” 8-ci pillədə qərarlaşıb.  Jijkovluların ehtiyatda da bir oyunu var.


Digər xəbərlər

Xəbər xətti