Uels Futbol Assosiasiyası yığmanın baş məşqçisi Rayan Giqqzin Avro-2020-nin oyunları zamanı komandanın başında olmayacağını açıqlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. 47 yaşlı mütəxəssis iki qadına zorakılıqda günahlandırıldığı üçün bu qərar verilib. Onu Avro-2020-də Robert Peyc əvəzləyəcək.
Qeyd edək ki, Britaniya polisi R.Giqqzlə bağlı ittiham irəli sürüb. Məhkəmə iclası aprelin 28-də keçiriləcək.
Uels millisi Avro-2020-də A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.