Daha bir güləşçimiz erməniyə qalib gəldi

14:32 24 Aprel 2021

Yunan-Roma güləşi üzrə idmançımız Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib. O, medal uğrunda görüşdə ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti