“Fənərbaxça”da prezident seçkilərinin vaxtı məlum oldu

14:39 24 Aprel 2021

Türkiyənin “Fənərbaxça” klubunda prezident seçkilərinin vaxtı məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbaxça”da prezident seçkiləri 29-30 may tarixlərində olacaq. “Fənərbaxça”nın hazırkı prezidenti Ali Koçdur. Klubda bu vəzifəyə yeni namizədlərin adları açıqlanmayıb.

 

“Fənərbaxça” Türkiyə Super Liqasında 2-ci sıradadır.


Xəbər xətti