"Mançester Siti" Braziliyanın “Fluminense” klubunun oyunçusu Kayki da Silvanı transfer edib.
Sportarena.az xəbər verir ki, “şəhərlilər” 17 yaşlı futbolçunun keçidi üçün bonuslarla birgə 15 milyon funt-sterlinq təzminat ödəyib. Gənc futbolçu Braziliyada mövsüm bitdikdən sonra Mançester klubuna qoşulacaq.
Braziliyalı sağ cinah vingeri "Fluminense" yetirməsidir.