"Başakşəhər" futbolçusu Demba Ba ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 2019-cu ilin yanvarından İstanbul təmsilçisində çıxış edən seneqallı forvard 82 oyunda 26 qol vurub.