İngiltərənin “Uotford” klubu Premyer Liqaya qayıdır.
Sportarena.az xəbər verir ki, Çempionşipin 44-cü turunda “Miluoll”u 1:0 hesabı ilə məğıub edən komanda ən yaxın izləyicisi “Brentford”dan 10 xal uzaqlaşıb. Bununla da son 3 tur qalmış 2-ci olan "Uotford"un elitaya çıxması rəsmiləşib. Bundan əvvəl “Norviç” də gələn mövsüm Premyer Liqada iştirak hüququ qazanıb.
Qeyd edək ki, "Uotford" 2019/20 mövsümündə Premyer Liqanı tərk etmişdi.