Eldənizlə Sənan bürünc, Taleh gümüş medal qazandı - YENİLƏNİB

00:48 25 Aprel 2021

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, beşinci yarış günündə 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Eldəniz Əzizli (55 kq) qitə birinciliyinin bürünc medalını qazanıb. Dünya və Avropa çempionumuz bunun üçün Fabian Şmitt (Almaniya) ilə dueldən qalib ayrılıb.

 

Sənan Süleymanov (77 kq) isə bürünc medal yolunda əvvəlcə təsəlliverici görüşə çıxıb. Onun bu yoldakı rəqibi Ermənistan təmsilçisi Varujan Qriqoryan olub. Rəqibini asanlıqla məğlub edən Sənan, bürünc medal uğrunda Dmitro Pişkovla (Ukrayna) üz-üzə gəlib. Bu rəqibini də inamlı heçabla yenən güləşçimiz bürünc medala sahib çıxıb.

 

Taleh Məmmədov isə karyerasında ilk dəfə Avropa çempionatının finalına yüksəlib. O, qızıl medal qazanmaq üçün Cambolat Lokyayevdən (Rusiya) üstün olmalı idi. Lakin finalda uduzan idmançımız gümüş medalla kifayətlənməli olub.

 

 

Avropa çempionatı
Yunan-Roma güləşi

 

55 kq

Bürünc medal görüşü: Eldəniz Əzizli - Fabian Şmitt (Almaniya) 8:0


63 kq

Final: Taleh Məmmədov - Cambolat Lokyayev (Rusiya) 0:5

 

77 kq

Təsəlliverici görüş: Sənan Süleymanov - Varujan Qriqoryan (Ermənistan) 11:0

Bürünc medal görüşü: Sənan Süleymanov - Dmitro Pişkov (Ukrayna) 6:0


Xəbər xətti