Türkiyə çempionatı: “Qalatasaray” səfərdə, “Beşiktaş” evdə qələbəyə sevinib

10:04 25 Aprel 2021

Futbol üzrə Türkiyə Super Liqasında 37-ci turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, şənbə günü daha beş görüş baş tutub. “Konyaspor” – “Hatayspor” və “Dənizlispor” – “Sivasspor” matçlarında qalib müəyyənləşməyib.

 

“Qalatasaray” səfərdə “Antalyaspor”u minimal hesabla üstələyib. “Trabzonspor” da “Fatih Karagümrük”lə ev oyununda inamlı qələbəyə sevinib.

 

Lider “Beşiktaş”ın bu turdakı rəqibi “Kayserispor” olub. İstanbul təmsilçisi bu oyundan da qalib ayrılıb.

 

 

Türkiyə Super Liqası

37-ci tur

 

Konyaspor – Hatayspor 0:0

 

Trabzonspor – Fatih Karagümrük 2:0

Qol: Djanini, 15; 65.

 

Antalyaspor – Qalatasaray 0:1

Qol: M.Məhəmməd, 77.

 

Beşiktaş – Kayserispor 3:1

Qol: Gezzal, 4. Nkudu, 13; 65 – P.Enrike, 6.

 

Dənizlispor – Sivasspor 1:1

Qol: Diskerund, 59 – Kayode, 32.


Digər xəbərlər

Xəbər xətti