Qədirzadənin komandası Bəybalayevli "Telavi"ni məğlub etdi

13:40 25 Aprel 2021

Gürcüstan çempionatında 10-cu turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” doğma meydanda Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi”ni 2:1 hesabı ilə məğlub edib.

 

Qədirzadə 58-ci dəqiqədə meydana daxil olub. Bəybalayev isə start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

 

“Samtrediya” 7 xalla 8-ci, “Telavi” isə 6 xalla 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti