Almaniya çempionatı: “Bavariya” uduzdu, “Borussiya” qalib gəldi

14:01 25 Aprel 2021

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. Lider “Bavariya” bu turda “Maynts”ın qonağı olub və məğlubiyyətlə üzləşib. “Ayntraxt” da “Bayer”lə səfər qarşılaşmasından xalsız dönüb. 

 

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan Dortmund “Borussiya”sı isə bu turda çətin “Volfsburq” səfərinə yollanıb və inamlı qələbəyə sevinib.

 

Bu tur keçirilməli olan “Şalke” – “Herta” matçı təxirə salınıb.

 

 

Almaniya Bundesliqası

31-ci tur

 

Frayburq – Hoffenhaym 1:1

Qol: Qrifo, 81 – Kramariç, 40.

 

Maynts – Bavariya 2:1

Qol: Burkardt, 3. Kayson, 37 – Levandovski, 90+4.

 

Union Berlin – Verder 3:1

Qol: Pohjanpalo, 50; 53; 67 – Selassie, 82.

 

Volfsburq – Borussiya (Dortmund) 0:2

Qol: Haland, 12; 68.

 

Bayer – Ayntraxt 3:1

Qol: Beyli, 70. Alario, 80. Demirbay, 90+1 – A.Silva, 90+1.


Digər xəbərlər

Xəbər xətti