"Real"ın prezidenti UEFA-nı məhkəməyə verir

12:13 26 Aprel 2021

"Real"ın və Avropa Superliqasının prezidenti Florentino Peres UEFA-nı məhkəməyə vermək istəyir.

 

Sportarena.az xəbər verir ki,  qitənin ali futbol qurumunun rəhbəri Aleksandr Çeferin Peresin belə bir addım atacağından narahatdır. 74 yaşlı funksioner isə inanır ki, UEFA Avropa Superliqasına qadağa qoymaqla Avropa Birliyinin antitrest qanunlarını pozur. O, yalnız Avropa Futbol Assosiasiyaları Birliyinin qitə turnirləri təşkil etmək və ya ləğv etmək hüququna malik olduğunu düşünür. Yəni, UEFA əslində yeganə təşkilatçı ola bilməz. Buna görə də Peres məsələ üzərində irəliləmək istəyir.
 

Qeyd edək ki, Avropa Superliqasını aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb.


Digər xəbərlər

Xəbər xətti