Azərbaycan Avropa çempionatını 8-ci yerdə başa vurdu

14:15 26 Aprel 2021

Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavadakı Avropa çempionatını səkkiz medalla başa vurub.

 

Sportarena.az xəbər verir ki, komanda bu nəticə ilə yarışı medal əyarında 8-ci sırada bitirib. Medallardan biri qızıl, ikisi gümüş, beşi isə bürüncdür.

 

Rusiya yekun sıralamada 22 medalla (13 qızıl, 5 gümüş, 4 bürünc) lider olub. Türkiyə 8 medalla (3 qızıl, 4 gümüş, 1 bürünc) ikinci, Ukrayna isə 13 medalla (2 qızıl, 2 gümüş, 9 bürünc) üçüncü yeri tutub.

 

Qeyd edək ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (55 kq) qızıl, sərbəst güləşçi Turan Bayramov (70 kq) və yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) gümüş medal əldə edib. Digər yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq), eləcə də sərbəst güləşçilərdən Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti