Samir Abasovun 150-ci oyunu

14:32 26 Aprel 2021

“Neftçi”nin baş məşqçisi Samir Abasov karyerasında 150-ci oyununu keçirib.
 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 24-cü turunun “Sabah”la görüşünə təsadüf edib. 2:2 hesablı heç-heçə mütəxəssisin baş məşqçi karyerasında 38-ci sülh olub. “Neftçi”yə qədər “Sumqayıt”la “Zirə”ni çalışdıran Abasov 55 qələbə və 57 məğlubiyyətə şahidlik edib. 150 oyundan 133-ü Premyer Liqa, 17-si ölkə kubokunda olub.

 

Qeyd edək ki, Samir Abasov “Neftçi”ni 17, “Zirə”ni 37, “Sumqayıt”ı 96 matça çıxarıb.


Digər xəbərlər

Xəbər xətti