“Dinamo” Ukrayna çempionu oldu

15:19 26 Aprel 2021

Futbol üzrə Ukrayna Premyer Liqasında bu mövsümün qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Kiyev “Dinamo”su mövsümün sonuna 3 tur qalmış çempionluğu təmin edib. Mirça Luçeskunun çalışdırdığı komanda 23-cü turda “İnqulets”ə doğma meydanda 5:0 hesabı ilə qalib gələrək xallarının sayını 58-ə çatdırıb. Bununla da Kiyev təmsilçisi ən yaxın izləyicisi Donetsk “Şaxtyor”u (45 xal) üçün əlçatmaza çevrilib.

 

“Dinamo” bu çempionluq sayəsində son 4 mövsümün qalibi olan “Şaxtyor”un seriyasına son qoyub. Kiyev klubu tarixində 16-cı dəfə çempion olub. Bu, 2016-cı ildən bəri ilk tituldur.

 

Xatırladaq ki, Kiyev təmsilçisi bu mövsüm Ukrayna kubokunun da qalibi olub.


Digər xəbərlər

Xəbər xətti