Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində aprelin 25-də keçirilmiş “Sabah” – “Neftçi” matçının hakimlərinin işi ilə bağlı aşadırma aparılacaq.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanın hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq), qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.
2:2 hesabıyla bitən “Sabah” – “Neftçi” matçında baş hakim Vüqar Həsənli “Sabah”ın üç futbolçusuna qırmızı vərəqə göstərib, meydan sahiblərinin qapısına mübahisəli penalti təyin edib və oyunun sonlarına yaxın qonaqların qolunu saymayıb.