Futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, finalda “Tottenhem”lə “Mançester Siti” klubları üz-üzə gəlib. Londonun "Uembli" stadionunda keçirilən matçda mançesterlilər 1:0 hesabı ilə qalib gəliblər. Londonluların qapısına vurulan yeganə qolun müəllifi Emerik Laport olub.
Beləliklə, “Mançester Siti” səkkizinci dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Xosep Qvardiolanın çalışdırdığı “şəhərlilər” bununla “Liverpul”a çatıblar. Sözügedən komanda buna qədər turnirdə ən çox qalib olmuş komanda sayılırdı. Bu iki kollektivin ən yaxın izləyicisi 5 dəfə qalib olmuş “Aston Villa”dır.