PSJ - "Mançester Siti" matçı almanlara tapşırıldı

17:53 26 Aprel 2021

Çempionlar Liqasının yarımfinalında keçiriləcək PSJ - "Mançester Siti" matçına hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Feliks Brix olacaq. Ona yan xətt hakimləri kimi Mark Borş və Stefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək.

 

Qeyd edək ki, aprelin 28-də keçiriləcək PSJ - "Mançester Siti" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti