UEFA Zlatan İbrahimoviçi cəzalandıra bilər

10:44 27 Aprel 2021

UEFA mərc şirkəti ilə əməkdaşlıq etdiyi iddia olunan Zlatan İbrahimoviçlə bağlı araşdırmaya başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Araşdırmaların aparılması üçün UEFA-dan müfəttiş təyin edilib. İbrahimoviçin 2018-ci ildən özünə məxsus “Unknown AB” şirkəti vasitəsilə “Bethard” bukmeyker kontorunun səhmlərinin 10 faizinə yiyələndiyi bildirilir.

 

İbrahimoviçin mərc şirkətinə şərik olması iddiasının təsdiqlənəcəyi halda, onun üçün 3 illik futboldan diskvalifikasiya olunacağı və 98 min avrodan çox cərimələnəcəyi bildirilir.

 

FİFA və UEFA-nın qaydalarına görə futbolçular mərc şirkətləri ilə əməkdaşlıq edə bilməzlər.


Xəbər xətti