Çempionlar Liqası: “Real” “Çelsi” ilə bərabərə qaldı - YENİLƏNİB

01:55 28 Aprel 2021

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, günün yeganə oyunu İspaniyada baş tutub. Paytaxt Madriddə “Real” İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gəlib. “Alfredo Di Stefano” stadionunda baş tutan qarşılaşmanı niderlandlı hakimlər briqadası idarə edib.

 

Yarımfinalın digər oyunu sabah keçiriləcək.  Fransada baş tutacaq görüşdə PSJ "Mançester Siti"ni (İngiltərə) qəbul edəcək.

 

 

Çempionlar Liqası

Yarımfinal, ilk oyun

 

23:00. “Real” (İspaniya) – “Çelsi” (İngiltərə)  1:1

“Alfredo Di Stefano”. Baş hakim: Danni Makkelli (Niderland)

 

Qeyd edək ki, cavab oyunları mayın 4-də və 5-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti