“Qarabağ” məhşur avtomobil brendi ilə əməkdaşlığa başlayıb - FOTOLAR

Sportarena.az      27 Aprel 2021 , 14:04

Azərbaycanda ilkə imza atan FAW markası əməkdaşlıq müqaviləsinə əsasən “Qarabağ” FK-nın tərəfdaşı olacaq.

 

Sportarena.az klubun saytına istinadla xəbər verir ki, 2 ay öncə “Qarabağ” FK ilə FAW Azərbaycan arasında bağlanmış  protokol bu gün qüvvəyə minib.

 

“Qarabağ” FK-nın direktoru Emrah Çelikel bu əməkdaşlıqdan məmnun olduqlarını deyib. O, FAW brendi ilə daha uzun müddətli işləmək və yeniliklərə imza atmağın klub üçün də xoş olacağını söyləyib.

 

“Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov FAW avtomobillərini çox bəyəndiyini bildirib. Təcrübəli çalışdırıcı uzun müddətli əməkdaşlığa inandığını da dilə gətirb.

 

FAW avtomobillərinin rəsmi distribütoru “Cahan Motors”şirkətidir. Avtomobil şirkətinin direktoru Adil Axundovun dediyinə əsasən, əməkdaşlıq uzun müddətli olacaq və yeniliklərə imza atacaqlar. O, “Qarabağ” FK-ya hər mövsüm Çempionlar Liqasında oynamağı arzulayıb.

 

Qeyd edək ki, avto-salonda FAW-ın “Bestune” və “HongQi” modelləri də mövcuddur. Avtomobillərə 5 il və ya 150 000 km-ə qədər zəmanət verilir. FAW brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanıb. FAW avtomobil sevənləri yeni modelləri ilə sevindirməyə davam edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin