Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub. Turun qapanış matçında “Lester Siti” doğma meydanda “Kristal Pelas”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə əzmkar qələbəyə seviniblər - 2:1.
Bu turun “Fulhem” - “Tottenhem” və “Mançester Siti” - “Sauthempton” matçları daha əvvəl keçirilib.